UEFA Avro 1968

UEFA Avro 1968
Yarış məlumatları
Ev sahibi İtaliya İtaliya
Tarix 5-10 iyun 1968
Başlama tarixi 5 iyun 1968
Bitmə tarixi 10 iyun 1968
Komanda sayı 4
Stadion sayı Stadio Olimpiko
San-Paolo
Stadio Kommunale (Roma
Neapol
Florensiya ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion  İtaliya
İkinci  Yuqoslaviya
Üçüncü yer  İngiltərə
Dördüncü yer  SSRİ
Yarış statistikası
Oyun sayı 5
Qol sayı (matç başına: 1.4)
Tamaşaçı sayı 260916 matç başına: 52183
Mükafat sahibləri
Bombardir(lər) Yuqoslaviya Draqan Caiç (2 qol)
1964
1972
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı.

Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir.

Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir.

SSRİİtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir. Püşkatma zamanı bəxt SSRİ millisinin kapitanı Albert Şesternyovdan üz döndərmişdir. Belə yüksək səviyyəli futbol turnirində bu cür püşkatma birinci və sonuncu dəfə olmuşdur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search